Genderə həssas məktəb - akademik, sosial, fiziki mühit və ətraf cəmiyyətin hər amilində qızların və oğlanların xüsusi ehtiyaclarının nəzərə alındığı məktəbdir. Genderə həssas məktəbdə tədris metodologiyaları, təlim və tədris materialları, sinifdə qarşılıqlı əlaqələr və akademik idarəetmə də daxil olmaqla, akademik məzmun gender bərabərliyinə əsaslanır, həmçinin fiziki mühit, o cümlədən binalar, mebel və avadanlıqlar da gender baxımından uyğun olur.